Modern.az

Buçada öldürülən 163 nəfərin kimliyi bilindi

Buçada öldürülən 163 nəfərin kimliyi bilindi

Dünya

8 Aprel 2022, 09:16

Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbçiləri tərəfindən qətlə yetirilən 163 yerli sakinin şəxsiyyəti müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk bildirib.

 

"Bu günə kimi biz 163 ölənin şəxsiyyətini müəyyən edə bilmişik. Bunlar şəhərimizin ruslar tərəfindən həyasızcasına qətlə yetirilən, vəhşicəsinə işgəncələrə məruz qalan vətəndaşlarıdır. Biz onların soyadlarını, adlarını, atalarının adını, harada yaşadıqları, kim olduqlarını müəyyən etmişik.

 

Bundan əlavə, hələ şəxsiyyətini müəyyən edə bilmədiyimiz vətəndaşlarımız var. Buça sakinlərinin 320-yə yaxın cəsədi toplanıb, onların da kimliyi müəyyən olunur”,- mer qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək