ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində ona qalib gələ biləcək tək şeyin ancaq sağlamlığı ola biləcəyini deyib.
Modern.az xəbər verir ki, Tramp bunu "Vaşinqton Post"a açıqlamasında bildirib.
Trampın məsləhətçiləri də onun səhhətinin son qərarına təsir edəcəyini təsdiqləyiblər.
Qeyd edək ki, 75 yaşlı Tramp indiyə kimi Ağ evdə ikinci dəfə namizədliyini irəli sürməyi planlaşdırdığına dair bir çox ipucu verib, lakin bunu heç vaxt rəsmi açıqlamayıb.