Modern.az

Ukraynada azərbaycanlı snayper şəhid olub

Ukraynada azərbaycanlı snayper şəhid olub

Dünya

8 Aprel 2022, 15:38

Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiya işğalçılarına qarşı döyüşən həmyerlimiz, snayper qrupunun komandiri Elnur Həsənov şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

 

Bildirilib ki, Elnur Həsənov həm də, İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.


1993-cü il təvəllüdlü Elnur Həsənovun Ukraynanın İrpin şəhərində həlak olduğu deyilir.  O, Ukraynada “Alik” ləqəbi ilə tanınıb.  Şəhidin iki övladı qalıb, həyat yoldaşı hamilə imiş.

 

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək