Modern.az

Quduz tülkü Senatın həyətində 9 nəfəri DİŞLƏDİ

Quduz tülkü Senatın həyətində 9 nəfəri DİŞLƏDİ

Dünya

8 Aprel 2022, 16:43

ABŞ-ın paytaxtı Vaşinqtonda quduz tülkü bir konqresmen və jurnalist daxil olmaqla 9 nəfəri dişləyib.

 

Modern.az xəbər verir ki, hadisədən sonra tülkü və quduz olduğu aşkarlanan 3 balası müəyyən edilib.

 

Qeyd edək ki, Vaşinqtondakı Kapitol binasında xidmət aparan polis 4 aprel tarixində binaya və ətrafına tülkü hücumlarının olması barədə bildirişlər almağa başlayıb. Bundan sonra polis tərəfindən tülkülər tutularaq müayinədən keçirilib. Beləliklə, onların quduz olduğu aşkarlanıb. Səlahiyyətlilər yaralı və ya xəstə tülkülərlə qarşılaşan şəxslərə tibbi yardıma müraciət üçün xəbərdarlıq edib.

 

Qeyd edək ki, daha sonra tülkünün hücumuna məruz qalan bir konqresmen və jurnalist quduzluğa qarşı peyvənd olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək