Modern.az

Ukraynanı tərk edənlərin sayı 4.3 milyonu KEÇİB

Ukraynanı tərk edənlərin sayı 4.3 milyonu KEÇİB

Dünya

8 Aprel 2022, 18:15

Fevralın 24-də müharibənin başlamasından indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk etmək məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

 

Qaçqınların əksəriyyəti Polşaya gedib, hazırda bu ölkədə 2,53 milyondan çox Ukrayna vətəndaşı var.

 

Bundan əlavə, Macarıstana 408 min, Rumıniyaya 671 min, Moldovaya 404 min və Slovakiyaya isə 307 minə yaxın ukraynalı üz tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək