Modern.az

Fransa və Polşa arasında siyasi QALMAQAL

Fransa və Polşa arasında siyasi QALMAQAL

Dünya

8 Aprel 2022, 18:51

Fransa səfiri Frederik Billet ölkə prezidenti Emmanuel Makronun sərt ifadələrinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina "Twitter" səhifəsində məlumat paylaşıb.

 

Makron “Le Parisien” jurnalına müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetskini Fransadakı ifrat millətçi “Milli Cəbhə” partiyasının lideri Marin Le Penə prezident seçkilərində qalib gəlməsi üçün kömək göstərməkdə ittiham edib.

 

Makron Polşa baş nazirini "ifrat sağçı antisemit" adlandırıb. Fransa prezidentinin bu çıxışı iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək