Modern.az

ABŞ S-300-ün əvəzinə yeni sistemlər verdi

ABŞ S-300-ün əvəzinə yeni sistemlər verdi

8 Aprel 2022, 21:27

ABŞ Avropada yerləşən "Patriot" hava hücumundan müdafiə sistemlərindən birini Slovakiyaya yerləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Loyd Ostin məlumat verib. Onun sözlərinə görə, "Patriot" sistemləri və ekipaj üzvləri tezliklə Slovakiyaya göndəriləcək.

 

Qeyd edək ki, bundan əvvəl Slovakiya S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərib.

 

Slovakiya yeganə S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya verməsindən sonra ABŞ-ın Avropadakı "Patriot" hava hücumundan müdafiə sistemlərindən birinin bu ölkədə yerləşdirilməsini tələb edib.

 
Akif İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək