Modern.az

Ukraynaya qırıcı və artilleriya qurğuları veriləcək

Ukraynaya qırıcı və artilleriya qurğuları veriləcək

10 Aprel 2022, 19:20

Slovakiya Ukraynaya "Zuzana" adlı özüyeriyən artilleriya qurğularının satılması barədə danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Naqi RTVS televiziyasına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Slovakiya Ukrayna ordusunun istifadə etdiyi tankların təmirinə kömək edə və Kiyevi MiQ-29 qırıcıları ilə təmin edə bilər.

 

Nazir qeyd edib ki, "Zuzana" silahlarının hansı xüsusi modifikasiyasının Ukraynaya çatdırılması ilə bağlı hələlik razılaşma yoxdur. Eyni zamanda, o vurğulayıb ki, bu silahların təhvil verilməsi ianə deyil, satış formasında olmalıdır.

 

Tankların təmirinə gəlincə, Yaroslav Naqinin sözlərinə görə, Slovakiyadan olan mexaniklər T-74 və T-55 tanklarının təmirində Ukraynaya kömək edə bilərlər. Təmir Slovakiya ərazisində aparılacaq.

 

MiQ-29 qırıcıları ilə bağlı Y.Naqi bildirib ki, bu təklif hələ ciddi müzakirə olunmayıb. Onun sözlərinə görə, Slovakiya təyyarələrin təmirində çətinlik çəkə bilər, çünki rus mexanikləri ölkəni tərk etməyə başlayıb.

 

Bundan əvvəl Slovakiya S-300 zenit-raket kompleksini Ukraynaya təhvil verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək