Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun yenidən paytaxta hücum edəcəyini istisna etmir.
Modern.az xəbər verir ki, bu barədə o, Amerikanın ABC telekanalının efirində danışıb.
"Düşmənin Kiyevdən geri çəkilməsi onun paytaxtı ələ keçirmək istəyindən əl çəkməsi demək deyil. Ona görə də onların növbəti cəhdini istisna etmək olmaz”, - Kliçko vurğulayıb.
Qeyd edək ki, Rusiya ordusu İstanbuldakı danışıqlardan sonra Kiyev və Çerniqovdan geri çəkilməyə başlayıb.
Akif İsmayılov