Modern.az

İsrail İordan çayının qərb sahilində hasar tikir

İsrail İordan çayının qərb sahilində hasar tikir

11 Aprel 2022, 00:57

İsrail İordan çayının qərb sahilində 40 kilometr uzunluğunda, 9 metr hündürlüyündə beton hasar inşa edir.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.

 

Ordu tikintinin yaxın həftələrdə başa çatdırılmasının planlaşdırıldığını bildirib.

 

"Qoruyucu hasar İordan çayının qərb sahilindəki Salem bölgəsindən Bat Hefer ərazisinə qədər təxminən 40 km uzunluğunda olacaq. Onun hündürlüyü 9 metrə qədər olacaq və təxminən 20 il əvvəl tikilmiş hasarı əvəz edəcək", - deyə açıqlamada bildirilir.

 

İsraildə son üç həftədə 4 hücum olub və 14 israilli həyatını itirib.

 

Məlumata görə, fələstinlilər İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən gələrək məftil hasarları keçib və iki hücumu həyata keçirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI