Modern.az

Dünyada COVID-19-a yoluxma AZALIR

Dünyada COVID-19-a yoluxma AZALIR

11 Aprel 2022, 09:11

Dünyada koronavirusa yoluxma azalıb.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, son yeddi gündə dünyada 7,9 milyon yoluxma halı aşkar edilib. Bildirilib ki, bu, əvvəlki analoji dövrlə müqayisədə 35% azdır.

 

ən çox yoluxma Cənubi Koreyada qeydə alınıb. Bildirilib ki, bu ölkədə hər gün orta hesabla 215 min insanın koronavirus testi müsbət çıxır.

 

İkinci yerdə gündə 180 minə yaxın insanın koronavirusa yoluxduğu Almaniyadır.

 

Bununla yanaşı, bir sıra Avropa ölkələrində yoluxma halları artır. Belə ki, Fransada bir ay ərzində infeksiya daşıyıcıları iki dəfə artıb və son vaxtlar gündə 135 min insanda COVID-19 aşkarlanıb. İtaliyada hər gün 60 min insanda koronavirus təsdiqlənir ki, bu da martın əvvəli ilə müqayisədə çoxdur.

 

Eyni zamanda, Böyük Britaniya və Vyetnamda infeksiyanın yayılma sürəti kəskin azalıb. Hər iki ölkədə gündə müvafiq olaraq 35 000 və 50 000 yoluxma halı qeydə alınır.

 

Xəstəlik azalması ilə virusdan ölənlərin sayı da azalır. Son 7 gündə dünyada 25,5 min nəfər koronavirusdan dünyasını dəyişib ki, bu da əvvəlki analoji dövrlə müqayisədə təxminən 10 min nəfər azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək