Ukraynaya hərbi yardımın daşınması və paylanmasına kömək etmək üçün C-130 Hercules təyyarəsi göndəriləcək.
Modern.az xəbər verir ki, bunu Yeni Zelandiya baş naziri Casinda Ardern mətbuat konfransında çıxışı zamanı bildirib.
Qeyd edək ki, təyyarə çərşənbə günü Yeni Zelandiyadan Avropaya yola düşəcək. Yeni Zelandiya Birləşmiş Krallıq vasitəsilə silah tədarükünə 7,5 milyon dollar ayıracaq. Bu eyni zamanda Böyük Britaniyanın Ukraynanın silah tədarükünə kömək etməsi üçün əlavə imkan yaradacaq.