Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının aprelin 11-i saat 9.00-a kimi verdiyi itkilər barədə növbəti açıqlama yayıb.
Modern.az-ın məlumatına görə, Baş Qərargah bildirib ki, bu günə kimi müharibədə Rusiyanın 19 500-ə yaxın hərbçisi məhv edilib.
Ümumilikdə Rusiyanın itkiləri aşağıdakı kimidir:
19500 nəfər - şəxsi heyət;
725 ədəd - tank;
1923 ədəd - zirehli döyüş maşını;
347 ədəd - artilleriya sistemi;
111 ədəd - reaktiv yaylım atəş sistemi;
55 hava - hücumundan müdafiə sistemi;
154 ədəd - hərbi təyyarə;
137 ədəd - helicopter;
1387 ədəd - nəqliyyat vasitəsi;
7 ədəd - gəmi/kater;
76 ədəd - yanacaq çəni;
119 ədəd - pilotsuz uçuş aparatı (PUA);
25 ədəd - xüsusi texnika;
4 ədəd - operativ-taktiki raket kompleksi.