Modern.az

Rusiyanın “qara günləri” hələ qarşıdadır

Rusiyanın “qara günləri” hələ qarşıdadır

Dünya

11 Aprel 2022, 16:22

Rusiya prezidenti Vladimir Putin ölkəsini iqtisadi baxımdan “qaranlıq dövrə” aparır.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyada fəaliyyət göstərən "BlueBay" aktivlərin idarə edilməsi investisiya şirkətinin iqtisadçısı Timothy Ash deyib:

 

“İqtisadi perspektiv dəhşətlidir, müharibəyə görə sanksiyalar uzun müddət qüvvədə qalacaq və Qərb Rusiyanı tədarük zəncirlərindən kənarlaşdıracaq”.

 

Onun fikrincə, Rusiyanı qarşıda daha çətin günlər gözləyir: “Rusiya tezliklə tam defolt vəziyyətinə düşəcək və on il ərzində beynəlxalq kapital bazarlarından kənarda qalacaq. Heç bir maliyyə, kapital axını və ya sərmayə olmayacaq. Rusiya beyin axını və həyat səviyyəsinin aşağı düşməsi ilə üzləşəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək