Modern.az

Azərbaycandan Ukraynaya növbəti DƏSTƏK

Azərbaycandan Ukraynaya növbəti DƏSTƏK

11 Aprel 2022, 18:08

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti məlumat yayıb.

 

Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub:

 

“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik",

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək