Modern.az

Britaniya serb liderlərə sanksiya tətbiq etdi

Britaniya serb liderlərə sanksiya tətbiq etdi

11 Aprel 2022, 18:24

Böyük Britaniya hökuməti Bosniya və Herseqovinanın serb əsilli liderlərinə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Sanksiyalar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü Milorad Dodik və Serb Respublikasının Prezidenti Zeljka Cvijanoviçə tətbiq edilib. Onlar Bosniya və Herseqovinada sabitliyi pozan fəaliyyətlərdə ittiham olunub.

 

Sanksiyalar səyahət qadağalarını və aktivlərin dondurulmasını ehtiva edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək