Moskvada Rusiya prezidenti Vladimir Putin və Avstriya kansleri Karl Nehammer arasında danışıqlar başa çatıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, görüş saat yarıma yaxın davam edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlardan sonra Rusiya tərəfdən heç bir açıqlama gözlənilmir.
Məlumata görə, Nehammer Putini Ukraynadakı hərbi əməliyyatları dayandırmağa çağırıb. Avstriya kansleri Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını və daha da sərtləşəcəyini bildirib.
O qeyd edib ki, danışıqlar açıq və birbaşa, lakin sərt keçib. Putin və Karl Nehammer Ukraynadakı humanitar problemləri və hərbi cinayətləri müzakirə ediblər.
***
18:34
Bu gün Moskvaya səfər edən Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Putinin Moskva vilayətindəki iqamətgahında keçirilən görüşdə Ukraynadakı vəziyyət müzakirə olunub. Peskov bildirib ki, Avstriya tərəfinin xahişi ilə görüş qapalı keçirilib.
Avstriya kansleri bundan əvvəl Kiyevə səfər edib və burada Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb.
Akif İsmayılov