Modern.az

Zelenskidən müharibənin yeni dalğası barədə XƏBƏRDARLIQ

Zelenskidən müharibənin yeni dalğası barədə XƏBƏRDARLIQ

Dünya

11 Aprel 2022, 18:44

"Ukraynanın şərqində və cənubunda Rusiya ilə müharibənin yeni dalğası başlayacaq".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O qeyd edib ki, buradakı döyüşlər çox çətin olacaq.

 

“Sadəcə bir döyüş olmayacaq. Biz düşünürük ki, bu, müharibənin yeni dalğasıdır. Biz hansı həcmdə silahın lazım olacağını bilmirik, ancaq başa düşürük ki, indikindən dəfələrlə çox olacaq", - deyə dövlət başçısı bildirib.

 

Zelenski qeyd edib ki, Ukraynanın şərqində və cənubunda hərbi texnikanın, hərbçilərin cəmləşməsi müşahidə olunur:

 

"Onların nə etməyə hazırlaşdığını bilirik, anlayırıq ki, tab gətirə bilib-bilməyəcəyimiz bizə ediləcək köməkdən, xüsusən də ABŞ-ın hansı sürətlə bizə silah verməsindən asılı olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək