Yeni Zelandiya Ukraynadakı müharibəyə görə Avropaya 50 hərbi qulluqçu göndərir.
Modern.az xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb.
Məlumata görə, hərbçilər aviasiya tarixinin ən uğurlu nəqliyyat təyyarələrindən biri kimi tanınan “C-130 Hercules” vasitəsilə Avropa qitəsinə gətiriləcək.
Ölkənin Baş naziri Casinda Ardern qlobal sabitlik üçün Avropa bölgəsində sülhün zəruri olduğunu və Yeni Zelandiyanın dəstəyinin məqsədinin Ukraynaya Rusiyanın hücumlarını dəf etməkdə kömək etmək olduğunu bildirib.
Qeyd olunub ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə daxil olmayacaq, avadanlıq və təchizatların paylama mərkəzlərinə daşınması üçün Avropaya yerləşdiriləcək.
Akif İsmayılov