Modern.az

Rusiyanın müdafiə şirkətlərinə SANKSİYA qoyuldu

Rusiyanın müdafiə şirkətlərinə SANKSİYA qoyuldu

Dünya

11 Aprel 2022, 21:22

Kanada Rusiyanın müdafiə sektorunda fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq əlavə tədbirlərin araşdırıldığı qeyd olunub.

 

Sanksiyalar Rusiyanın müdafiə sektorunun 33 şirkətinə tətbiq edilib.

 

“Bu qurumlar Rusiya ordusuna dolayı və ya birbaşa dəstək veriblər. Kanada vəziyyəti izləməyə, beynəlxalq tərəfdaşları ilə hərəkətləri əlaqələndirməyə və yeni tədbirlər üçün variantları araşdırmağa davam edir”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, Kanada fevralın 24-dən sonra Rusiya, Ukrayna və Belarusdan olan 700-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı