Modern.az

Almaniya qəzeti müharibəyə Yox deyən Marinanı işə götürdü

Almaniya qəzeti müharibəyə “Yox” deyən Marinanı işə götürdü

Dünya

11 Aprel 2022, 21:53

Rusiya dövlət televiziyasının canlı yayımına çıxaraq mübaribəyə etiraz edən jurnalist Marina Ovsyannikova Almaniyanın “Die Welt” qəzetində işə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə qəzetin sahibi Aksel Springer bildirib.

 

Onun sözlərinə görə, 43 yaşlı Ovsyannikova həm qəzet, həm də “Die Welt” telekanalı üçün Ukrayna və Rusiyadan reportajlar hazırlayacaq.

 

Xatırladaq ki, Marina Ovsyannikova martın 14-də "Pervıy kanal"ın "Vremya" xəbərlər proqramının yayımı zamanı gözlənilmədən efirə çıxıb. O, üzərində “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” sözləri yazılmış plakat qaldırıb. Məlum hadisə Rusiyada rezonans doğurub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil