Türkiyədə 4.8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib, yeraltı təkanlar İstanbulda və digər ərazilərdə hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Akif İsmayılov