Modern.az

Putin Zelenskinin görüş təklifinə reaksiya vermədi

Putin Zelenskinin görüş təklifinə reaksiya vermədi

11 Aprel 2022, 22:41

Avstriya kansleri Karl Nehammer bu gün Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra danışıqların bəzi detallarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, kansler Putinə Ukrayna lideri Volodimir Zelenskinin onunla təkbətək danışıqlar aparmaq istədiyini deyib, lakin Rusiya prezidentindən müsbət cavab ala bilməyib.

 

"Zelenski danışıqlar aparmaq üçün onunla birbaşa əlaqə qurmaq istəyir. Lakin Putin buna ciddi reaksiya vermədi", - deyə Nehammer mediaya açıqlamasında bildirib.

 

Qeyd edək ki, bu gün Moskvaya səfər edən Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək