Modern.az

Rusların Ukraynada öldürdüyü mülki şəxslərin SAYI

Rusların Ukraynada öldürdüyü mülki şəxslərin SAYI

11 Aprel 2022, 23:17

Fevralın 24-dən aprelin 11-dək Ukraynada 1842 dinc sakin həlak olub, daha 2493 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə komissarlığı məlumat yayıb.

 

Bildirilib ki, ölənlərdən 148 nəfəri, yaralananlardan isə 233-ü uşaqdır. Diqqətə çatdırılıb ki, bu, yalnız təsdiqlənmiş məlumatdır, qurbanların real sayı daha çox ola bilər.

 

BMT-nin məlumatına görə, mülki əhalinin əksəriyyəti artilleriya atəşi, raket hücumları və hava hücumlarından zərər çəkib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək