Modern.az

Fransa rus diplomatları “arzuolunmaz şəxs” elan etdi

Fransa rus diplomatları “arzuolunmaz şəxs” elan etdi

11 Aprel 2022, 23:50

Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona altı rusiyalı diplomatın arzuolunmaz şəxs (“persona non-qrata”) elan edildiyi bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib”, - Fransa XİN-dən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək