Modern.az

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa ÇAĞIRDI

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa ÇAĞIRDI

12 Aprel 2022, 08:18

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Amerika və Hindistan arasında keçirilən danışıqların yekunlarına dai açıqlamasında deyib.

 

O bildirib ki, Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ verilməyib.

 

"Biz bütün ölkələri Rusiyanın silah sistemlərini əldə etmək üçün böyük yeni sövdələşmələrdən çəkinməyə çağırırıq", - deyə Blinken xəbərdarlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək