Rusiyanın cənub və mərkəzi hissəsindəki bəzi hava limanlarına uçuş məhdududiyyətləri aprelin 19-dək uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı üzrə Federal Agentlik məlumat yayıb.
Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında qüvvədə olacaq.
“Rusiya aviaşirkətlərinə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməklə alternativ marşrutlarla sərnişin daşımaları tövsiyə olunur”, - deyə agentlik bildirib.
Xatırladaq ki, Rusiya 24 fevral 2022-ci il tarixində Ukraynadakı xüsusi hərbi əməliyyatlar fonunda ölkənin cənubundakı hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.