Rusiyada ötən sutka ərzində COVID-19 virusuna 10 910 yeni yoluxma qeydə alınıb və bununla da ümumi yoluxma hallarının sayı 18 018 825-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Antikoronavirus böhran mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, ölkə üzrə yoluxmanın artım tempi 0,06%-ə çatıb.
Rusiyada son sutkada 4233 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib ki, bu da ötən günlə müqayisədə 204,5% artıq göstəricidir. Bir gün əvvəl 1390 nəfər təcili olaraq xəstəxanalara çatdırılmışdı.
Antikoronavirus böhran mərkəzinin məlumatına görə, paytaxt Moskvada COVID-19-a 489 yeni yoluxma aşkarlanıb. Bununla da, paytaxtda yoluxmanın ümumi sayı 2,749,509-a çatıb. Ötən gün təxminən 26 755 xəstə sağalıb.