Modern.az

Çin səfirliyinin İsrailə göndərdiyi hədiyyələrdə dinləmə cihazı tapıldı

Çin səfirliyinin İsrailə göndərdiyi hədiyyələrdə dinləmə cihazı tapıldı

12 Aprel 2022, 15:20

Çinin İsraildəki səfirliyi tərəfindən ölkənin hökumət üzvlərinə hədiyyə edilən termoslarda şübhəli detal aşkar olunub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

Hazırda İsrailin Təhlükəsizlik Agentliyi (Shin Bet) məsələ ilə bağlı araşdırma aparır.

 

Çin səfirliyi isə öz növbəsində insidenti “əsassız şayiə” adlandırıb və bildirib ki, bu şayiələr İsrail-Çin münasibətlərini korlamağa çalışan qüvvələr tərəfindən yayılıb.

 

Qeyd olunub ki, hökumət üzvlərinə hədiyyə edilən bütün termoslar araşdırma üçün yığılıb və səfirliyə qaytarılmayıb. Bununla belə hökumət üzvlərinə xarici qurumlardan hədiyyə qəbul edərkən dinləmə cihazı və ya kameralar ola biləcəyi ehtimalına görə son dərəcə diqqətli olmaları tapşırılıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək