Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında açıqlama yayıb.
“Bugünkü COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və karantin şərtlərinə uyğun olaraq fəaliyyətimi davam etdirəcəm. Rəbbim bütün xəstələrimizə şəfa versin”, – deyə nazir paylaşımda qeyd edib.
Fatma Abdulla