Şri-Lanka moratorium elan edib, xaricə olan borcları ödəməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Şri-Lanka Mərkəzi Bankının rəhbəri Nandalal Weerasinghe bildirib.
Onun sözlərinə görə, indiki durumda dövlət borcunun ödənilməsi qeyri-mümkündür. O bildirib ki, hazırda görüləcək ən yaxşı tədbir borcun restrukturizasiyası və əsasən sərt defoltdan qaçmaqdır.
Dərin böhranla üzləşən ölkədə yanacaq kimi kritik məhsulların idxalı üçün məhdud miqdarda valyuta ehtiyatı qalıb.