Modern.az

ABŞ və Ukrayna müdafiə nazirləri danışıqlar apardı

ABŞ və Ukrayna müdafiə nazirləri danışıqlar apardı

12 Aprel 2022, 22:21

ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Ostin ilə Aleksey Reznikov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.

 

Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

“Ostin Ukraynaya təhlükəsizlik yardımı çatdırmaq üçün davamlı səylərimizi və Ukraynanın ən təcili ehtiyaclarını ödəmək öhdəliyimizi bir daha təkrarladı”, - deyə Kirbi əlavə edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək