Qırğızıstan və Tacikistanın nümayəndələri silahlı qüvvələrin sərhədin münaqişəli bölgəsindən çıxarılması barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.
"Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı qərar qəbul edilib. Dərhal tərəflər silahlı qüvvələrini və vasitələrini ərazidən çıxarmağa başlayıblar", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün iki ölkənin sərhədçiləri arasında silahlı insident baş verib.
Akif İsmayılov