Modern.az

Rusiyanın 300 hava hədəfi məhv edilib

 Rusiyanın 300 hava hədəfi məhv edilib

13 Aprel 2022, 09:44

“Ötən sutka ərzində Ukraynanın müdafiəçiləri Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

“Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəqibin “Su-25” qırıcısını vurub. Müharibə başlayandan Ukrayna artilleriyaçıları Rusiyanın 300 hava hədəfini məhv edib. Son sutkada Rusiyanın 11 hərbi texnikası, o cümlədən 3 pilotsuz uçan aparatı (PUA), 2 özüyeriyən artilleriya qurğusu və “Qrad” sistemi sıradan çıxarılıb” - deyə bugünkü açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək