Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən çeçen hərbi birləşmələri qondarma Luqansk Xalq Respublikasında (LXR) muzdlu qrupların məhv ediməsi əməliyyatına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında yayıb.
Ramzan Kadırov "Telegram"da bunlar qeyd edilib: "Çeçenistanın xüsusi əməliyyat bölmələri Luqansk Xalq Respublikasında muzdlu qrupların məhv edilməsi üzrə genişmiqyaslı əməliyyata başlayıb. Əleyhinə əməliyyat aparılan qruplara "İçkeriya" adlanan batalyon, gürcü batalyonu və cinayətkarların digər batalyonları daxildir. Bizim döyüşçülərimiz irimiqyaslı döyüşlərdə aşkar üstünlük nümayiş etdirirlər".
Kadırovun sözlərinə görə, əsas cəbhə Popasnaya şəhərində yerləşir.