Modern.az

Çin Baydeni "soyqırımı" sözünə görə qınadı

Çin Baydeni

Dünya

13 Aprel 2022, 15:02

Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsinin gərginləşməsinə kömək etməməli və “soyqırımı” haqqında fərziyyələr səsləndirməklə oda yanacaq tökməməlidir.


Modern.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian brifinqdə bildirib.
 

O, eyni zamanda deyib ki, beynəlxalq ictimaiyyətin bütün səyləri gərginliyin azaldılmasına yönəlməli, Ukrayna məsələsi diplomatik səylərlə həll edilməlidir.
 

XİN sözçüsü ifadələrini belə yekunlaşdırıb: "İndi ən vacibi odur ki, bütün aidiyyəti tərəflər soyuqqanlı və təmkinli olmalıdırlar”.
 

Xatırladaq ki, ABŞ prezidenti Bayden jurnalistlərə Ukraynanın Buçe şəhərindəki qətliamın "soyqırımı" olduğunu düşündüyünü, ancaq bunda yanıla biləcəyini qeyd edib. Məhz buna görə də o, məsələnin vəkillər tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək