Modern.az

“Gecə qapını möhkəm bağlayın” – Medvedev Zelenskiyə CAVAB VERDİ

“Gecə qapını möhkəm bağlayın” – Medvedev Zelenskiyə CAVAB VERDİ

Dünya

13 Aprel 2022, 16:50

Ukrayna Prezidenti Volodimir Zelnskinin Putinin yaxın adamlarından olan Viktor Medveduçkunu hərbi əsirlərlə dəyişdirmək təklifinə Rusiyadan cavab gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" hesabında yazıb.

 

"Bir buna baxın, Kiyevdəki qəddarlar silah gücünə Viktor Medvedçuka nəyisə etiraf etdirməyə çalışırlar. Guya onu tez bir vaxtda ədalətli əsaslarla mühakimə edib, hərbi əsrlərlə dəyişmək istəyirlər. Belə tiplər hələ də var. Onlar özləri diqqətli olsunlar. Ətraflarına diqqətlə baxsınlar və mübadilə siyahısında olmaq istəmirlərsə, gecə qapını möhkəmcə bağlasınlar", - Medvedev Zelenskiyə cavab verib.

 

 

Qeyd edək ki, Ukraynanın rusyönümlü “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəhbəri, deputat Viktor Medvedçuk saxlanılıb. O, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilib. 

 

Ukrayna Prezidenti Volodimir Zelenski Medvedçukun əli qandallı fotosunu paylaşaraq, onun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsini təklif edib.

 

Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək