Modern.az

“İran Rusiyanın apardığı müharibəyə qarşıdır” - Kuleba

“İran Rusiyanın apardığı müharibəyə qarşıdır” - Kuleba

Dünya

13 Aprel 2022, 18:05

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kuleba "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, İran Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əleyhinədir, diplomatik həll yolunu dəstəkləyir.

 

"İran şirkətlərinin köməyilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”, - deyə Kuleba bildirib.

 

Bundan əvvəl, xarici mətbuatda Rusiyanın İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika aldığı barədə məlumatlar yayılmışdı

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək