Cənubi Afrika Respublikasının (CAR) şərqindəki KvaZulu-Natal əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 259-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf bölgələrdə hər kvadratmetrə 300 millimetrə çatan yağıntı sel və torpaq sürüşməsinə səbəb olub.
Daşqın səbəbindən bölgədə bir çox bina və infrastruktur zədələnib, ölkənin ən böyük limanı olan Durban limanından daşımalar dayandırılıb.
Akif İsmayılov