İsveçrə Federal Şurası (hökuməti) Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat yer alıb.
Qərara əsasən, 200 nəfər maliyyə sanksiyalarına və səyahət məhdudiyyətinə məruz qalıb. Aİ-dən fərqli olaraq, İsveçrə nəqliyyat kommunikasiyalarına məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib.
Qeyd olunub ki, Federal Şura nəqliyyat qadağası istisna olmaqla, Aİ-nin Rusiya və Belarusa qarşı tətbiq etdiyi yeni tədbirləri həyata keçirmək barədə qərar verib.
Akif İsmayılov