Modern.az

Zelenski: Rusiya Ukrayna ilə kifayətlənməyəcək

Zelenski: Rusiya Ukrayna ilə kifayətlənməyəcək

13 Aprel 2022, 19:25

“Putin və ordusu strategiyasını dəyişir. Onlar Xarkova və Mariupola daxil olmaqla Donbasa daha da təzyiq göstərmək üçün qoşunlarını gücləndirirlər”.

 

Modern.az xəbər verir kİ, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bildirib.

 

O qeyd edib ki, Rusiyanın hərbi əməliyyatları Ukrayna ilə kifayətlənməyəcək.

 

“Müxtəlif ekspertlər Rusiyanın işğalı halında Ukraynanın bir həftədən çox dayanmayacağını bildiriblər. Biz nəinki rus ordusunu dayandıra bildik, onları rədd etdik. Amma bizim müharibəmiz hələ bitməyib. Bu, yalnız birinci tur idi" - deyə Zelenski bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək