Bu gün Finlandiyanın Baş naziri Sanna Marin isveçli həmkarı Maqdalena Andersson ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Marin Finlandiya hökumətinin bir neçə həftə ərzində NATO-ya üzvlüklə bağlı qərar verəcəyini açıqlayıb.
Andersson məsələ ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrin aparıldığını vurğulayaraq, qərarın daha sonra veriləcəyini bildirib.