Modern.az

Medvedçukun xanımı Ərdoğandan kömək İSTƏDİ

Medvedçukun xanımı Ərdoğandan kömək İSTƏDİ

13 Aprel 2022, 22:43

Ukraynada həbs edilən rusyönümlü partiya lideri Viktor Medvedçukun həyat yoldaşı dövlət başçısı Volodimir Zelenskiyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

 

Modern.az xəbər verir ki, Oksana Marçenko həyat yoldaşının dərhal azad edilməsini tələb edib.

 

O, Medvedçukun Ukrayna qanunlarına və beynəlxalq hüquqa zidd olaraq siyasi motivlərlə saxlanıldığını bildirib.

 

Qeyd edək ki, ötən gün Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəhbəri, deputat Viktor Medvedçuk saxlanılıb. O, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Medvedçukun əli qandallı fotosunu paylaşaraq, onun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsini təklif edib.

 

Viktor Medvedçukun Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olduğu iddia edilsə də, Kreml bunu təkzib edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Medvedçukun Rusiya ilə pərdəarxası münasibətləri olmayıb.

 

"Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olan fikirləri yaxşı məlumdur. Bu mövqe həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ukraynanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Medvedçuk ərazini tərk edəcəkdi”, - deyə Peskov Ukraynada həbs olunan siyasətçi Viktor Medvedçukun Rusiyanın adamı olması barədə fikirlərə aydınlıq gətirib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək