Modern.az

Krım və Donbassı azad etmək PLANI – ABŞ hərəkətə keçdi

Krım və Donbassı azad etmək PLANI – ABŞ hərəkətə keçdi

13 Aprel 2022, 23:33

ABŞ Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarının həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

 

Məlumata görə, qərar ötən həftə qəbul edilib və məqsəd ukraynalı hərbçilərə rus qoşunlarının hücum istiqamətini daha yaxşı müəyyənləşdirməyə kömək etməkdir. 

 

Qəzetin yazdığına görə, Amerika hakimiyyəti, həmçinin Ukraynaya elə kəşfiyyat məlumatları verəcək ki, bu, Ukrayna Silahlı Qüvvələrinə Krım və Donbassdakı hərbi hissələri hədəfə almağa və bu əraziləri potensial olaraq geri qaytarmağa imkan verəcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək