Nyu-York metrosunda insanlara atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceyms saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Nyu-York Polis Departamenti (NYPD) məlumat yayıb.
Şübhəlinin yaşadığı yer vətəndaşlar tərəfindən müəyyən edilərək polisə xəbər verilib.
ABŞ federal qanunvericiliyinin ictimai nəqliyyatda terror aktı və ya digər zorakılıq əməli törətmək maddəsi ilə ittiham edilən Ceyms Frenkin günahı sübuta yetirilərsə, ömürlük həbsə məhkum olunacaq.
Qeyd edək ki, metrodakı insident nəticəsində 20-dən çox insan yaralanıb.