Hazırda Ukraynada atəşkəs mümkün görünmür.
Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Quterreş BMT-nin Baş Qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, mülki əhalinin münaqişə bölgələrindən təxliyəsi üçün işlər görülməlidir.
Onun sözlərinə görə, təşkilat əhalinin Rusiya və Ukraynaya təhlükəsiz evakuasiya mexanizminin yaradılmasını təklif edib.
Akif İsmayılov