Xəbər verdiyimiz kimi, ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
Modern.az xəbər verir ki, Pentaqon göndəriləcək silah və texnikaların siyahısını açıqlayıb.
Həmin siyahını təqdim edirik:
- 18 ədəd 155 mm-lik haubitsa və 40.000 artilleriya mərmisi;
- 10 ədəd AN/TPQ-36 artilleriya əleyhinə radar;
- 2 ədəd AN/MPQ-64 "Sentinel" hava nəzarət radarı;
- 300 ədəd "Switchblade" taktiki pilotsuz uçuş aparatları;
- 500 ədəd "Javelin" raketləri və minlərlə digər zireh əleyhinə sistemlər;
- 200 ədəd M113 zirehli personal daşıyıcısı;
- 100 ədəd zirehli mobil çoxməqsədli təkərli avtomobil;
- 11 ədəd Mi-17 helikopteri;
- İnsansız sahil müdafiə gəmiləri;
- Kimyəvi, Bioloji, Radioloji, Nüvə qoruyucu vasitələri;
- Tibbi avadanlıq;
- 30.000 dəst zireh və dəbilqə;
- 2000-dən çox optika və lazer məsafəölçən;
- Maneələrin təmizlənməsi üçün C-4 partlayıcı və söküntü avadanlığı;
- M18A1 "Claymore" piyada əleyhinə sursatlar.
Akif İsmayılov