Qazaxıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bu ölkə ilə ticarət əlaqələrinə yenidən baxmaq niyyətində deyil.
Modern.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Alibek Kuantyrov bildirib.
"Ümumiyyətlə, Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxılması təklif olunmur, çünki o, bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Rusiya bütövlükdə Qazaxıstana idxala görə birincidir", - o deyib.
Nazir bildirib ki, Rusiya ilə ticarət sanksiyalara məruz qalmayan məhsullarla davam edəcək.