Rusiyanın Xarkov şəhərini atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.
Modern.az xəbər verir ki, bunu Ukraynanın Xarkov vilayətinin qubernatoru Oleh Sinyequbov bildirib.
Qubernator hərbi əməliyyatların keçirilməsinin gözləndiyini deyib. Buna görə o, bəzi şəhərlərin əhalisini təxliyə etməyə çağırıb.