Modern.az

Kanada Polşaya qoşun göndərir

Kanada Polşaya qoşun göndərir

Dünya

14 Aprel 2022, 19:13

Kanada Polşaya 150-yə yaxın hərbi qulluqçu göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat verib.

 

Qeyd olunub ki, hərbçilər Rusiyanın apardığı müharibədən qaçan ukraynalıları dəstəkləmək və Polşanın Ukrayna ilə sərhədində yaşanan qaçqın böhranını həll etmək üçün nəzərdə tutulub.

 

Fevralın 24-də Rusiyanın hücuma başlamasından sonra Ukraynanı tərk edən 4,5 milyondan çox insanın yarıdan çoxu qonşu Polşaya gedib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək